DÜNYA


Çində avtomobil bumu davam edir

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Dünyanın ən iri avtomobil bazarı böyüməkdə davam edir. Çin Avtomobil Sənayesi Assosiasiyasının dərc olunan məlumatına əsasən, cari ilin avqust ayında bu ölkədə 1,99 milyon avtomobil istehsal olunub, 2,07 milyon avtomobil isə satılıb. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 26,6 və 24,2 faiz çoxdur.

AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, bu ilin ilk 8 ayı ərzində Çində avtomobillərin istehsal və satış həcmi 10,8 və 11,4 faiz artaraq 16,846 və 16,755 milyon ədədə çatıb.

Çin Avtomobil Sənayesi Assosiasiyasının sədr müavini Dun Yanın sözlərinə görə, dünyada orta hesabla hər min nəfərə 180 avtomobil düşdüyü halda, Çində bu göstərici 110 avtomobil təşkil edir.

Proqnozlara görə Çinin avtomobil bazarında istehsal və satış həcminin illik dövriyyəsinin pik həddi 40 milyon ədədə çatacaq. Ötən il bu ölkədə 24,59 milyon avtomobil satılıb ki, bu da Çini dünyada ilk yerə çıxarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.