DÜNYA


Çində baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb

Bakı, 9 avqust, AZƏRTAC

Çinin Siçuan əyalətində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.

AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, yerli əhali “Tyantan” otelinin dağıntıları altında sağ qalanları axtaran xilasedicilərə hər cür kömək göstərir. Dağıntılar altında neçə nəfərin qaldığı hələ də bilinmir. Belə ki, 2000 nəfərlik oteldən cəmi 500 nəfər təxliyə edilib. Orada dincələn turistlərin əksəriyyəti isə zəlzələ zamanı şəhərdə olub.

Dağlarda yerləşən otelə aparan yol qaya parçaları ilə bağlanıb.

Xatırladaq ki, avqustun 8-də axşam saatlarında Çinin Siçuan əyalətində 7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri yer səthindən 8 km dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində 20 mindən çox ev dağılıb, 40 min nəfərə qədər insan təxliyə olunub.

Axtarış xilasetmə əməliyyatlarına ordu birləşmələri və 12 hərbi helikopter cəlb edilib.

Bu arada, ölkənin qərbində daha bir güclü zəlzələnin baş verdiyi bildirilir. Seysmoloqlar yaxın vaxtlarda da yeni yeraltı təkanların olacağını proqnozlaşdırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.