DÜNYA


Çində dağıntılar altından bir ailənin 3 üzvü xilas edilib

Pekin, 24 iyun, AZƏRTAC

Çinin Sıçuan vilayətində torpaq sürüşməsi nəticəsində dağıntı və palçıq axını altında qalan 141 nəfərin axtarış-xilasetmə işləri davam edir. Günortadan sonra xilasedicilər bir ailənin 3 üzvünü dağıntı altından çıxarıblar. Ciddi zədələri olmayan ailə üzvləri yaxınlıqdakı qəsəbə xəstəxanasına yerləşdirilib. Ailənin digər övladının dağılmış evin altında olduğu güman edilir.

Qeyd edək ki, şiddətli yağışlardan sonra bu gün səhər tezdən Sinmo kəndində baş verən torpaq sürüşməsi nəticəsində 46 ev dağılıb, 141 nəfər dağıntı altında qalıb. Hazırda hadisə yerində 500 nəfərlik canlı qüvvə və texnikanın köməyi ilə axtarış-xilasetmə işləri aparılır. Vilayət hökuməti təbii fəlakət baş verən ərazidə təchizat işlərinə 5 milyon yuan (730 min ABŞ dolları) vəsait ayırıb.

Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlət qurumlarına axtarış-xilasetmə işlərinin maksimum sürətlə aparılması barədə tapşırıq verib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.