DÜNYA


Çində daha bir avtomobil qəzasında 9 nəfər ölüb

Pekin, 7 iyul, AZƏRTAC

Çində dünən baş verən ikinci avtomobil qəzasında 9 nəfər həlak olub, 28 nəfər yaralanıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Xebey vilayətində saat 16:00 radələrində yük və minik avtomobilləri turistləri daşıyan avtobusla toqquşub. Altı nəfər hadisə yerində, digər üç nəfər isə aldıqları zədələrdən daha sonra ölüb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Xatırladaq ki, iyulun 6-da Quandun vilayətində baş verən digər avtomobil qəzasında 19 nəfər həlak olub.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.