DÜNYA


Çində daşqın 7 nəfərin ölümünə, 2 nəfərin itkin düşməsinə səbəb olub

Pekin, 29 iyun, AZƏRTAC

Çinin Ciansi vilayətində 10 gündür davam edən şiddətli yağışların əmələ gətirdiyi daşqınlar nəticəsində 7 nəfər ölüb, 2 nəfər itkin düşüb.

Yerli hakimiyyət orqanlarının yaydığı məlumatda deyilir ki, leysan yağışlarının törətdiyi fəsadlar nəticəsində 440 min nəfərə yaxın sakin təxliyə edilməli olub. Vilayətdəki çaylarda və göllərdə suyun səviyyəsi təhlükəli həddə çatıb.

Bildirilir ki, bu cür hava şəraiti həftənin sonunadək davam edəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.