DÜNYA


Çində daşqınlar nəticəsində 3 nəfər həyatını itirib, 200 min insan təxliyə olunub

Bakı, 7 avqust, AZƏRTAC

Çinin Lyaonin əyalətinin şimal-şərqində uzunsürən leysan yağışları və onların səbəb olduğu daşqınlar 3 nəfərin ölümü ilə nəticələnib. 188 min yerli sakin təhlükəli ərazilərdən təxliyə olunub.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, əlverişsiz hava şəraiti əyalətin 7 şəhərində ümumilikdə 570 min nəfərə təsir edib.

Hökumətin məlumatına əsasən, təbii fəlakət nəticəsində minlərlə evə ziyan dəyib, 66,4 hektar əkin sahəsi zərər görüb.

Bəzi yaşayış məntəqələrində elektrik enerjisi ilə bağlı problemlər yaranıb,

yollar dağılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.