DÜNYA


Çində daşqınlar nəticəsində 6 nəfər həlak olub, 20 nəfər itkin düşüb

Bakı, 8 avqust, AZƏRTAC

Çinin mərkəzində yerləşən Sıçuan əyalətinin bəzi rayonlarında davam edən güclü leysan yağışları daşqınlara səbəb olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, daşqınlar nəticəsində 6 nəfər həlak olub, 4 nəfər xəsarət alıb, 20 nəfər isə itkin düşüb.

Ölümlə nəticələnən hadisə Lyanşan-İysk muxtar dairəsində yerləşən Puqe bələdiyyəsinə aid Syaovoçjen yaşayış məntəqəsində qeydə alınıb. Burada daşqın bir neçə yaşayış evini tamamilə dağıdıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.