DÜNYA


Çində dəhşətli yol qəzası: 36 ölü, 13 yaralı

Bakı, 11 avqust, AZƏRTAC

Ötən axşam Çinin mərkəzində yerləşən Şensi əyalətində baş verən dəhşətli qəzada 36 nəfər ölüb, 13-ü isə yaralanıb.

AZƏRTAC Ria Novostiyə istinadla xəbər verir ki, hadisə Pekin-Kunmin sürət yolunda bir sərnişin avtobusunun iştirakı ilə baş verib. İlkin ehtimala görə, avtobus bilinməyən səbəbdən tunelin girişindəki divara dəyib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar xəstəxanalara yerləşdiriliblər.

Hadisənin səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.