DÜNYA


Çində dəmiryol tunelinin bir hissəsi dağılıb

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Çinin Yunnan əyalətində dəmiryol tunelinin bir hissəsi uçub, nəticədə 6 nəfər dağıntılar altında qalıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident Lintsan şəhərinin Yun bələdiyyəsi rayonunda yerləşən dəmiryol tunelində baş verib.

Hadisə yerinə xilasedicilər, polis, dəmiryol xidmətinin əməkdaşları və tibb işçiləri gəlib. Təkrar uçqun təhlükəsinin olması səbəbindən xilasedicilər qəzanın baş verdiyi zonanın ətrafını bərkidir. Bərkitmə işləri başa çatdıqdan sonra axtarış-xilasetmə işlərinə başlanacaq.

Polis faktla əlaqədar təhqiqat aparır, qəzanın başvermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.