DÜNYA


Çində dörd yaşayış binası uçub VİDEO

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Çinin şərqində yerləşən Çjetzyan əyalətinin Vençjou şəhərində dörd yaşayış binasının uçması nəticəsində azı 8 nəfərin öldüyü təsdiqlənib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, xilasedicilər dağıntılar altından 5 nəfəri sağ çıxarmağa nail olub.

Hazırda hadisə yerində xilasetmə işləri davam edir. Əməliyyata cəlb edilmiş ekskavatorlar xəsarət alanlara zərər vurmamaq üçün dağıntıların perimetri üzrə fəaliyyət göstərir.

İnsident yerli vaxtla saat 04:30-da baş verib. KİV-lərin məlumatına əsasən, dağıntılar altında 20-dən çox insanın qaldığı bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.