DÜNYA


Çində dörd yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 17-yə çatıb

A+ A

Bakı,10 oktyabr, AZƏRTAC 

Çinin şərqində yerləşən Çjetzyan əyalətinin Vençjou şəhərində dörd yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Bu barədə Sinxua agentliyi məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Bildirilir ki, uçan evlər altımərtəbəli qanunsuz tikililər olub. Yeni qurbanların qarşısını almaq məqsədilə yaxınlıqdakı altı ev də uçurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.