DÜNYA


Çində dünyanın ən böyük üzən elektrik stansiyası yaradılıb

Bakı, 26 may, AZƏRTAC

Çində dünyanın ən böyük üzən günəş elektrik stansiyası istifadəyə verilib və qurğunun gücü 40 meqavat təşkil edir.

AZƏRTAC xəbər verir ki, 2020-ci ilədək Çin bir neçə belə üzən elektrik stansiyası quraşdırmağı planlaşdırır. Bunun nəticəsində elektrik enerjisinin dəyəri ən azı üç dəfə düşə bilər. Alimlərin fikrincə, bu elektrik stansiyasından təxminən 100 min nəfər fasiləsiz istifadə edə bilər.

Bundan bir müddət əvvəl Çində 20 meqavat gücündə elektrik stansiyası quraşdırılmışdı. Üzən elektrik stansiyalarının istifadə səmərəliliyi hələ bir neçə il əvvəl sübut olunub. Belə enerji qurğusu yüksək faydalı iş əmsalına malikdir və quruda çox yer tutmur. Çin artıq bir neçə ildir nəhəng alternativ enerji istehsalına sahibdir və qüdrətini ildən-ilə artırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.