DÜNYA


Çində dünyanın ən uzun şüşə körpüsü açılıb VİDEO

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 20-də Çinin Xunan əyalətində yerləşən “Zhangjiajie” milli parkında dünyanın ən uzun şüşə körpüsünün rəsmi açılışı olub.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, uzunluğu 430 metr və eni 6 metr olan piyada körpüsü 300 metr hündürlükdə inşa olunub. Körpünün döşəməsi üçlaylı şəffaf şüşədən hazırlanıb.

İnşaatçıların sözlərinə görə körpüdə eyni zamanda 800 nəfər insan dayana bilər. Lakin turistlər park və körpünü ziyarət etmək üçün əvvəlcədən qeydiyyatdan keçməlidir. İyul ayında körpünün etibarlı olduğunu yoxlamaq məqsədi ilə onun üzərindən 2 ton ağırlığında yük maşını keçib.

Qurğunun arxitektoru bir neçə dünya rekorduna imza atan israilli Haim Dotandır. KİV-lərin məlumatına əsasən, onun yaratdığı əsər şüşə döşəməyə malik olan ən uzun və ən hündür körpüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.