DÜNYA
Çində elektrik stansiyasındakı uçqunda ölənlərin sayı 74-ə çatıb VİDEO
Pekin, 25 noyabr, AZƏRTAC
Çinin Ciansi vilayətində elektrik stansiyasının tikilməkdə olan soyutma qülləsində baş verən uçqun nəticəsində ölənlərin sayı 74-ə çatıb. Hadisə noyabrın 24-də yerli vaxtla saat 07.00 radələrində baş verib.
Hazırda hadisə yerində 300-dən çox xilasedici işləyir. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur. Hadisə baş verən zaman tikintidə 60 nəfərdən çox adam çalışırmış, onlarla fəhlə isə növbəni təhvil almaq üçün gözləyirmiş.
Layihə üzrə qüllənin hündürlüyü 156 metr nəzərdə tutulub. Aprel ayından bəri qüllənin 70 metrlik hissəsinin inşası başa çatıb.
Elektrik stansiyasının aid olduğu “Jiangxi Ganneng Co. Ltd.” şirkətinin aksiyalarının birjalarda satışı uçqundan sonra dayandırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]