DÜNYA


Çində enerjiyə qənaətli qatar istifadəyə verilib

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Çində maqnit yastıqlı və enerjiyə qənaətli ilk qatar istifadəyə verilib.

AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, yeni texnologiya 30 faiz enerjiyə qənaət etməyə imkan verəcək.

Analitiklərin hesablamalarına görə, belə bir qatarın hesabına ildə 1 milyon dollara qənaət etmək mümkün olacaq.

Qatarın hərəkəti zamanı yeni texnologiyadan istifadə edilir. Vaqonlarda təkər olmadığı üçün onlar havada asılı vəziyyətdə qalır. Bu onun sayəsində baş verir ki, dəmir yolu xəttində rels əvəzinə adi metal ötürücü, qatarın altında isə elektromaqnit sistemi quraşdırılıb. Qatar saatda 430 kilometr yol qət edə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.