DÜNYA


Çində fabrikdə baş verən yanğında 6 nəfər ölüb

Pekin, 19 iyun, AZƏRTAC

Çinin Xebey vilayətində plastik məhsullar istehsal edən fabrikdə baş verən yanğında 6 nəfər ölüb, bir nəfər yaralanıb.

Vilayət hökumətinin məlumatına əsasən, hadisə Xuanxua şəhərində bazar günü günorta saatlarında baş verib. İstirahət günü olmasına baxmayaraq, fabrikdə 7 fəhlə çalışırmış. Fəhlələrdən ikisi hadisə yerində, qalanları isə xəstəxanada keçiniblər. Yaralı fəhlənin də vəziyyətinin ağır olduğu bildirilir.

Ətraf mühitə verdiyi ziyanın səviyyəsinin çox olmasına görə apreldə fəaliyyəti dayandırılsa da, müəssisə gizli çalışırmış. Fabrikin sahibi müəyyən edilib və hazırda təhqiqat aparılır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.