DÜNYA


Çində ilk dəfə istehsal olunan böyük hərbi karqo təyyarəsi istifadəyə verilib

A+ A

Bakı, 9 iyul, Elvin Camalov, AZƏRTAC

Çində ilk dəfə istehsal olunan böyük hərbi karqo təyyarəsi istifadəyə verilib.

AZƏRTAC “airporthaber.com” saytına istinadla xəbər verir ki, “Y-20” adlandırılan təyyarə özünün və yüklərin çəkisi ilə birlikdə havada maksimum 200 ton ağırlığı daşıya bilər.

Çin ordusuna verilən “Y-20” karqo təyyarəsi küləkli hava şəraitində belə uçuşlar həyata keçirir və 4 min 500 kilometr məsafədə uçmaq gücünə malikdir. Çox az miqdarda yüklə uçuş həyata keçirdiyi zaman bu məsafəni 8 min kilometrə qədər artıra bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.