DÜNYA


Çində internet fırıldaqçılığı ilə məşğul olan mütəşəkkil dəstə ifşa edilib

Pekin, 14 iyun, AZƏRTAC

Çində polis internet üzərindən maliyyə fırıldaqçılığı ilə məşğul olan mütəşəkkil dəstəni ifşa edib, 808 nəfər həbs olunub. Bu, Çində internet fırıldaqçılığı ilə əlaqədar ən böyük cinayət işidir.

Çin İctimai Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda deyilir ki, cari ilin aprelində Uxan şəhər polis idarəsinə sözügedən dəstənin fəaliyyəti barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanlarının 2 ay davam edən araşdırmasından sonra dəstəni ifşa etmək üçün əməliyyatın keçirilməsinə qərar verilib. Min nəfərdən artıq polis işçisinin cəlb olunduğu əməliyyat nəticəsində 808 nəfər, o cümlədən dəstənin 8 başçısı saxlanılıb, 2 min kompüter, 3 min bank kartı müsadirə olunub.

Məlum olub ki, dəstə Uxan şəhərindəki 5 ayrı ofisdə fəaliyyət göstərirmiş. Dəstə internetdə saxta elanlar verərək insanları birjalarda aksiya almağa sövq etməklə onların xeyli miqdarda pul vəsaitlərini mənimsəyib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.