DÜNYA
Çində keçirilən hərracda tarixi rəsm əsəri 44 milyon ABŞ dollarına satılıb
Pekin, 6 dekabr, AZƏRTAC
Çinin paytaxtı Pekində keçirilən hərracda XIII-XIV əsrə aid rəsm əsəri 303,6 milyon yuana (44 milyon ABŞ dollar) satılıb. Bu, cari ildə Çin incəsənət əsərinin ən yüksək məbləğdə satışıdır.
“Poly İnternational” şirkətinin təşkil etdiyi hərracda qeyd olunan əsər başlanğıcda 9,87 milyon dollara təklif olunsa da, 40 dəqiqə ərzində qiymət 44 milyon dollar çatıb.
Tan sülaləsinin beş şahzadəsini əks etdirən əsər tarix boyu bir neçə imperatorun şəxsi kolleksiyasını bəzəyib. Ehtimal olunur ki, əsərin müəllifi olan Ren Renfa (1254–1327-ci illər) adlı rəssam Yuan sülaləsinin hakimiyyət illərində yaşayıb yaradıb. O, rəssamlıqla yanaşı, Yuan sülaləsinin sarayında imperiyanın su işlərinə cavabdeh olub. Ren Renfanın 8 əsəri Çin Milli Muzeyində saxlanılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]