MƏDƏNİYYƏT


Çində keçirilən toplantıda Azərbaycan teatr ənənələri təqdim edilib

Bakı, 7 iyul, AZƏRTAC

Çin Xalq Respublikasının Yinchuan şəhərində 15-ci Çin Teatr Festivalı çərçivəsində Beynəlxalq Teatr İnstitutunun Ənənəvi Səhnə Sənətləri Forumunun birinci toplantısı keçirilib. Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan və ssenarist Arzu Soltan həmin forumda iştirak edərək, Azərbaycan teatr ənənələrini nümayiş etdirən geniş təqdimatla çıxış ediblər.

Teatrdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın ənənəvi səhnə sənətinin yaşadılmasında Bakı Uşaq Teatrının rolu haqqında forum iştirakçılarına məlumat verən Arzu Soltan, həm də teatrın yaradıcısı və rəhbəri İntiqam Soltanın iş metodundan bəhs edib.

Beynəlxalq Teatr İnstitutunun rəhbərliyinin, eləcə də Avropa və Asiyanın bir sıra ölkələrindən teatr institutlarının nümayəndələrinin, aktyor, rejissor, ssenarist və tənqidçilərin, digər teatr mütəxəssislərinin qatıldığı toplantıda Azərbaycanın təqdimatı böyük maraqla qarşılanıb.

Tədbirdə Beynəlxalq Teatr İnstitutunun Ənənəvi Səhnə Sənətləri Forumunun İdarə Heyəti yaradılıb. İntiqam Soltan həmin İdarə Heyətinin üzvü seçilib.

Toplantının keçirildiyi günlərdə iştirakçılar müxtəlif teatr tamaşaları, sərgilər, konsertlərdə olublar. Eləcə də Yinchuan şəhərinin görməli yerlərini, tarixi abidələri, muzeyləri ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.