DÜNYA


Çində keçmiş məmur 23 milyon dollar rüşvətə almaqda təqsirli bilinir

Pekin, 21 aprel, AZƏRTAC

Çinin Xebey vilayətinin rəhbərliyində təmsil olunmuş Can Yue ümumilikdə 157 milyon yuan (təxminən 23 milyon ABŞ dolları) rüşvət almaqda təqsirli bilinir.

Sinxua agentliyi bildirir ki, prokurorun ittiham aktına əsasən, Can Yue 2008-2016-cı illərdə vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməklə külli miqdarda rüşvət alıb. Hazırda onun işi üzrə məhkəmə prosesi gedir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.