DÜNYA


Çində leysan yağışları 8 nəfərin ölümünə səbəb olub

Pekin, 3 iyul, AZƏRTAC

Çinin Quansi Cuan Muxtar rayonunda bir neçə gündür davam edən leysan yağışları 8 nəfərin ölümünə, 9 nəfərin itkin düşməsinə səbəb olub.

AZƏRTAC bu ölkənin Mülki Məsələlər Nazirliyinin məlumatına əsasən bildirir ki, muxtar rayonun 28 şəhər və qəsəbəsindən daha çox müşahidə olunan leysan yağışlarının törətdiyi fəsadlara görə 38 min nəfər təxliyyə edilib, 250 min nəfərin əmlakına ziyan dəyib, minlərlə ev dağılıb, 17 min hektar əkin sahəsini su basıb. Çaylarda suyun səviyyəsi təhlükəli həddə çatıb. Bölgəyə dəyən ümumi maddi ziyan təxminən 215 milyon ABŞ dollarına bərabərdir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.