DÜNYA


Çində leysan yağışları nəticəsində 100-dən artıq insan həyatını itirib

A+ A

Bakı, 23 iyul, AZƏRTAC

Çinin Xebey əyalətində baş verən leysan yağışları nəticəsində ən azı 105 nəfər həlak olub.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, iyulun 18-də leysan yağışlarının başladığı vaxtdan indiyədək, həmçinin 104 nəfər itkin düşüb. Ümumilikdə isə təbii fəlakət nəticəsində Xebey əyalətində 8,93 milyon insan zərər görüb.

Hökumət leysan yağışlarının davam etdiyi ərazilərdən 307 min nəfəri təxliyə etmək məcburiyyətində qalıb. Ümumilikdə isə təbii fəlakət nəticəsində 52 min bina dağıdıb, 160,7 min bina zədələnib.

Ölkəyə dəyən birbaşa iqtisadi zərər 15,34 milyard yuan (2,3 milyard dollar) həcmində qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.