Çində məmurlar ailə mərasimləri keçirmək üçün rəsmi qurumlardan icazə almalıdırlar
Pekin, 28 noyabr, AZƏRTAC
Çinin Şencen şəhərində məmurlar ailə mərasimləri, o cümlədən toy, ad günü banketləri, dəfn mərasimləri keçirmək üçün müvafiq dövlət qurumundan “online” qaydada müraciətlə razılıq almalıdırlar.
AZƏRTAC xəbər verir ki, şəhər İntizam Komitəsinin bu barədə qərarı dekabrın 1-dən qüvvəyə minəcək. Qərara əsasən, məmurlar qeyd olunan mərasimlərin təşkili üçün 10 gün əvvəldən müraciət etməlidirlər. Xüsusi anketdə mərasimin vaxtı, yeri, qonaqların sayı qeyd olunmalıdır. Anketdə diqqət çəkən maddələrdən biri məmurların mərasimə dəvət etdikləri və tabeliklərində olan işçilərdən pul və hədiyyə qəbul etməyəcəkləri barədə söz vermələri ilə əlaqədardır. Bundan başqa, məmurlar mərasimlərin təşkilində israfçılığa, təmtərağa yol verməməlidirlər. Qaydalar məmurların özləri ilə yanaşı, onların ailə üzvləri üçün təşkil olunacaq mərasimlərə də şamil olunur.
Bildirilir ki, qaydaları pozan məmurlara qarşı müxtəlif növ cəzalar tətbiq olunacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:52]
Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]
Avstriya dörd ölkə ilə sərhəd nəzarətini daha altı ay uzadıb
- 18.09.2026 [14:49]