DÜNYA


Çində neft-kimya zavodundakı partlayışda ölənlərin sayı 10-a çatıb

Pekin, 6 iyun, AZƏRTAC

Çinin Şandun vilayətində neft-kimya zavodunda ötən gün baş verən partlayışda ölənlərin sayı 10-a çatıb. Xilasedicilər bu gün daha 2 nəfərin cəsədini dağıntılar altından tapıblar.

Sinxua agentliyi hadisə ilə əlaqədar yaradılmış fövqəladə komissiyaya istinadla xəbər verir ki, cəsədlərin kimlərə məxsus olması təsdiq olunub.

Xatırladaq ki, ötən gün gecə 1:00 radələrində Şandun vilayətinin Linyi şəhərindəki neft-kimya zavodunda sıxılmış maye qaz çəni partlamışdı. Yaranmış yanğın təxminən 13 saatdan sonra nəzarət altına alınmışdı. Hadisə nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanalara yerləşdirilib. Hazırda axtarış və təhqiqat işləri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.