DÜNYA


Çində panda formasında günəş elektrik stansiyası tikilib

Bakı, 6 iyul, AZƏRTAC

Çinin Şansi əyalətinin Datun şəhərinin yaxınlığında panda formasında günəş elektrik stansiyası tikilib.

AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, stansiyanın inşasını "Panda Green Energy" şirkəti həyata keçirib. Elektrik stansiyası ağ-qara elementlərdən ibarətdir. Hazırda elektrik stansiyasının gücü 50 meqavat təşkil edir, gələcəkdə 100 meqavata çatacağı planlaşdırılır. Stansiya tam işə salındıqdan sonra saatda 3,2 milyard kilovat enerji istehsal edəcək.

Bildirilir ki, elektrik stansiyasının nəzdində gənclər üçün təlim mərkəzi yaradılacaq və günəş enerjisinin üstünlükləri barədə şagirdlərə məlumat veriləcək. "Panda Green Energy" daha bir neçə belə stansiya tikmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.