DÜNYA


Çində partlayış: 5 nəfər həlak olub, 6 nəfər yaralanıb

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Çinin Şandun vilayətindəki Szıbo şəhərində elektrik stansiyasında baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, daha 6 nəfər isə yaralanıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisəyə ammonyak tərkibli mayenin partlaması səbəb olub. İki nəfər hadisə yerində həyatını itirib, 3 nəfər isə xəstəxanada keçinib.

Partlayış nəticəsində 55 ton ammonyakın sızması baş verib. Yerli hakimiyyət orqanlar partlayışın ətraf mühitə zərər vurmadığını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.