DÜNYA


Çində qaz kəmərində partlayış olub

A+ A

Pekin, 20 iyul, AZƏRTAC

Çinin Xubey vilayətində qaz kəmərində partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Yerli mətbuat yazır ki, hadisə iyulun 20-də səhər saat 6:20 radələrində ölkənin cənub-qərbindən şərq hissəsinə qaz nəqlini həyata keçirən kəmərin Xubey vilayətindəki Çuyciaba qəsəbəsindən keçən hissəsində baş verib. Partlayışdan sonra güclü yanğın yaranıb. Ölənlər və yaralananlar qəsəbə sakinləridir.

Hazırda kəmərlə qaz nəqli dayandırılıb. Şiddətli yağışların törətdiyi fəsadlar hadisənin nəticələrinin aradan qaldırılmasını çətinləşdirib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.