DÜNYA


Çində qədim bürünc boşqab 27 milyon dollara satılıb

Bakı, 20 iyul, AZƏRTAC

Çin Xalq Respublikasının Xançjou şəhərində keçirilən hərracda qədim tunc boşqab rekord qiymətə satılıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Qərbi Çjou sülaləsinin hakimiyyəti dövrünə (eramızdan əvvəl 1046-771-ci illər) aid qədim artefakt 185 milyon yuana (27 milyon dollar) alıcı tapıb.

Xəbərdə qeyd edilir ki, boşqabın ilk sahibi üç min il bundan əvvəl yaşamış çar sülaləsinin nümayəndəsi Si Szya Pan adlı şəxs olub. Diametri 27 santimetr olan bürünc boşqabın üzərində 133 simvoldan ibarət mətn həkk edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.