DÜNYA


Çində qum heykəllərdən ibarət park yaradılır

Bakı, 21 iyul, AZƏRTAC

Yüksək və yeni texnologiyaların mənimsənilməsi rayonu olan Bincou Çində Xuanxe çayının aşağı axınında yerləşir. Burada bir hektar ərazidə qumdan hazırlanmış heykəllərdən ibarət nəhəng tematik park yaradılır.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, park çoxlu bölmələrdən ibarətdir. Burada qum heykəllər, relyef, animasiya və digər zonalar var. Hazırda park ərazisində çinli heykəltəraşlar qumdan hazırlanmış 30-dan çox əsərin üzərində dəqiqliklə işləyirlər.

Avqustun ilk günlərində parkın ziyarətçilərin üzünə açılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.