DÜNYA
Çində robot ali məktəblərə qəbul imtahanında iştirak edib
Pekin, 8 iyun, AZƏRTAC
Çinin Çendu şəhərində “AI-MATHS” adlı robot ölkədə ali məktəblərə qəbul üçün riyaziyyat fənni üzrə imtahanda iştirak edib.
“Chengdu Zhunxingyunxue Technology” şirkətinin mütəxəssislərinin hazırladığı robot internetin köməyi olmadan 22 dəqiqəyə 150 mümkün baldan 105 bal toplaya bilib. Şirkətin icraçı direktoru bildirib ki, həmin test imtahanında sualları insan ən yaxşı halda 2 saata cavablandıra bilərdi.
Həmin robot fevralda eyni test imtahanında 93 bal toplaya bilmişdi. Qeyd etmək lazımdır ki, ali məktəbə qəbul üçün riyaziyyatdan keçid balı 90-dır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]