ELM VƏ TƏHSİL


Çində robot insanları məğlub edib

A+ A

Bakı, 8 fevral, AZƏRTAC

Çində keçirilmiş “Yizhan Daodi” bilik yarışmasında “Wangzai” adlanan süni intellektli robot insanları məğlub edib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Wangzai” yarışda geniş məlumat toplamaq qabiliyyəti və insanların sifətlərini təqlidetmə bacarığı ilə tamaşaçıların diqqətini çəkə bilib. Verilən sualları qavrayaraq dərhal cavablandıran robot Harvard Universitetinin məzunu da daxil olmaqla bütün rəqiblərini geridə qoyub.

“Wangzai”ni inkişaf etdirən “Sogou” texnologiya firmasının təmsilçiləri vurğulayıblar ki, müstəqil analizetmə, sürətli qavrama və reaksiyavermə xüsusiyyətlərinə malik olan robotun sualları cavablandırması millisaniyələrlə ölçülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.