DÜNYA


Çində şiddətli yağıntılar və fırtına böyük maddi ziyana səbəb olub

Pekin, 7 iyun, AZƏRTAC

Fırtına və dolu ilə müşayiət olunan şiddətli yağışlar Çinin Şansi vilayətinə 100 milyon yuan (14,7 milyon ABŞ dolları) dəyərində maddi ziyan vurub.

Vilayət hökumətinin məlumatına əsasən, iki gündür davam edən yağışlı hava və sürəti bəzən saatda 80 kilometrə çatan külək şaftalı, qoz və gilas plantasiyalarına ciddi zərər vurub. Bundan başqa, 6200 hektar əkin sahəsi sıradan çıxıb, 130 ev qismən və ya tamamilə dağılıb, ümumilikdə 95 min sakin təxliyə edilib.

Şiddətli yağışlar Xunan vilayətində də böyük fəsadlar törədib. Belə ki, 7300 nəfər təxliyə edilib, 335 ev dağılıb, 15 min hektar əkin sahəsi yararsız vəziyyətə düşüb. Çaylarda suyun səviyyəsi təhlükəli həddə yaxınlaşıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.