DÜNYA


Çində şiddətli yağışlar 6 nəfərin ölümünə səbəb olub

Pekin, 14 iyun, AZƏRTAC

Çinin Xubey vilayətində şiddətli yağışlar 6 nəfərin ölümünə, bir nəfərin itkin düşməsinə səbəb olub.

Yerli hakimiyyət orqanlarının rəsmiləri bildiriblər ki, ötən cümə günündən bəri davam edən leysan yağışları bölgədə sel, daşqın və digər geoloji fəsadlara səbəb olub. Vilayətdə 1200 nəfər təxliyə edilib, 415 mindən çox sakinin əmlakına ziyan dəyib, 250 ev dağılıb, 41 min hektar əkin sahəsini su basıb. Ümumi maddi ziyan 311 milyon yuan (46 milyon ABŞ dollar) məbləğində qiymətləndirilir.

Ötən həftədən başlayan mövsüm yağışları Çinin mərkəzi, şərq və cənub vilayətlərində ciddi fəsadlar törədib. Quycou vilayətində isə bir nəfər itkin düşüb, 120 min nəfərin əmlakına ziyan dəyib. Vilayətin 16 şəhər və qəsəbəsində daha çox müşahidə olunan şiddətli yağışlar nəticəsində əkin sahələrini su basıb, 1079 nəfər təxliyə edilib. Quycouda ümumi maddi zərərin dəyəri 7,16 milyon dollardır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.