DÜNYA


Çində son günlər şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində 93 nəfər ölüb

A+ A

Pekin, 5 iyul, AZƏRTAC

Çinin 11 vilayətində son 5 gündə şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 93-ə çatıb, 19 nəfər itkin hesab olunur.

İyunun 30-dan başlayan və bəzi yerlərdə güclü küləklə müşayiət olunan şiddətli yağışlar Ciansu, Xubey, Xınan, Sıçuan vilayətlərində və digər bölgələrdə sel, torpaq sürüşməsi, daşqın, dağıntı və s. fəsadlara səbəb olub. Ümumilikdə 22 minə yaxın ev yararsız hala düşüb, təxminən 730 min sakin təxliyyə edilib.

Çin Mülki Məsələlər Nazirliyinin məlumatına əsasən, təbii fəlakət əkin sahələrinə, avtomobil yollarına, telekommunikasiya xətlərinə, elektrik təchizatı sisteminə ciddi ziyanlar vurub, dəmir yolu və hava nəqliyyatında fasilələrin yaranmasına səbəb olub.

Təbii fəlakətin ölkəyə vurduğu ümumi maddi zərər 20,43 milyard yuana (3 milyard ABŞ dolları) yaxındır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.