DÜNYA
Çində tayfun səbəbindən 26 min 817 nəfər təxliyə ediib
Bakı, 24 avqust, AZƏRTAC
Çinin cənubundakı Quanqdonq əyalətində və Makao Xüsusi İnzibati Bölgəsində tüğyan edən Hato tayfunu 9 nəfərin ölümünə, 153 nəfərin isə yaralanmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Quanqdonq əyalətini avqustun 23-də günortadan sonra cənginə alan tayfun sürəti saatda 160 kilometrə çatan fırtınaya çevrilib. Həmin bölgədə 664 hektar sahədə dağıdıcı təsirləri olan tayfun səbəbindən 26 min 817 nəfər təxliyə edilib. Təbii fəlakətin elektrik xətlərinə də zərər vurması nəticəsində bir milyondan çox ev işıqsız qalıb.
Hatonun cari ildə baş verən ən sürətli tayfun olduğu bildirilir.