DÜNYA


Çində telekommunikasiya dələduzluğuna görə 186 nəfər həbs olunub

Pekin, 10 dekabr, AZƏRTAC

Çində polisin keçirdiyi əməliyyat nəticəsində telekommunikasiya dələduzluğuna görə 186 şübhəli həbs olunub.

Çin İctimai Təhlükəsizlik Nazirliyi noyabrın 26-dan Quansi Cuan Muxtar Rayonunda telekommunikasiya dələduzlarına qarşı əməliyyata başlayıb. İki mindən çox polisin cəlb olunduğu əməliyyat zamanı dələduzlardan 200 kompüter, 300 mobil telefon, 10 peycer, 600-dən çox bank kartı və 5 silah müsadirə edilib.

Son illər Çində telekommunikasiya dələduzluğu ilə bağlı bir neçə fakt qeydə alınıb. Dələduzlar mobil telefonlar və saxta internet səhifələri vasitəsilə müxtəlif xidmətlər göstərmək adı ilə insanları aldadaraq onların bank hesablarından pul transfer edirlər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.