DÜNYA


Çində təyyarə mühərrikdəki nasazlığa görə təcili eniş edib

Pekin, 12 iyun, AZƏRTAC

“China Eastern Airlines”ın Sidney-Şanxay istiqamətində uçan təyyarəsi havaya qalxandan bir neçə dəqiqə sonra mühərrikdə yaranan nasazlığa görə Sidney aeroportuna qayıtmalı olub. Xəsarət alan olmayıb.

Şirkətin yaydığı məlumatda bildirilir ki, bazar günü yerli vaxtla saat 20:30-da Sidney aeroportundan səmaya qalxan “Airbus A330” tipli təyyarənin sol mühərriki hissəsində dəlik əmələ gəlib. Pilotlar dərhal aeroporta geri qayıtmağı qərara alıblar. Təyyarə normal qaydada yerə enib.

“Airbus” təyyarələrini mühərriklə təmin edən “Rolls-Royce” şirkətinin rəsmisi hadisə ilə bağlı məlumat aldıqlarını, müvafiq tərəflərlə birgə hadisənin baş vermə səbəbini araşdırdıqlarını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.