ELM VƏ TƏHSİL
Çində üç min ilə yaxın yaşı olan mehrab aşkar edilib
Bakı, 13 avqust, Günel Məlikova, AZƏRTAC
Çin Elmlər Akademiyasının tədqiqatçıları üç min ilə yaxın yaşı olan iri tikilinin dağıntılarını aşkar ediblər.
AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, xüsusi ardıcıllıq təşkil edən tikili mehrabı xatırladır. Tapıntının ölçüləri alimləri heyrətə gətirib. Səcdəgahın diametri 114 metrə bərabərdir. Aparılan ekspertizanın nəticələrinə əsasən, dağıntıların bürünc dövrünə aid olduğu ehtimal edilir. Alimlər bu tapıntının Çinin ərazisində üzə çıxan ən böyük tikililərdən olduğunu bildirirlər.
Tədqiqatçılar mehrabın üç min il əvvəl bu torpaqlarda köçəri qəbilələrin məskən saldıqlarına sübut olduğunu qeyd edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]