DÜNYA
Çində vergi islahatı
Bakı, 12 may, Ramiz Quliyev, AZƏRTAC
Çin Xalq Respublikasında müəssisələr üçün mənfəət vergisi tamamilə əlavə dəyər vergisi (ƏDV) ilə əvəz edilib.
AZƏRTAC Vergilər.az saytına istinadla bildirir ki, mayın 1-dən ƏDV tikinti, daşınmaz əmlak, maliyyə-pul və istehlak xidmətləri sahəsində dörd vergi növünü əvəz edir. Yerli medianın yaydığı xəbərlərə görə, hökumətin qərarına əsasən, mayın 1-dən artıq bütün ölkə ərazisində fəaliyyət göstərən müəssisələr ƏDV ödəməlidirlər.
Müəssisələrin gəlir vergisinin əvəzinə ölkənin hər yerində ƏDV tətbiq olunması biznesin üzərindəki yükü 500 milyard yuan (76,92 milyard dollar) həcmində azaldacaq.
Mənfəət vergisinin ƏDV ilə əvəz olunması hökumətin iqtisadiyyatın müxtəlif sektorlarını tarazlaşdırmaq üçün vəd etdiyi addımlardandır. Buna qədər - 2012-ci ildə ƏDV-yə keçid sxemi pilot layihə kimi sınaqdan keçirilib.
O vaxt dəyişiklik nəqliyyat, logistika və informasiya texnologiyaları sektorlarında tətbiq olunub. Bu ilin ilk yarısına qədər həmin pilot sxem Çindəki biznesə 75 milyard dollar vəsaiti özündə saxlamağa imkan yaradıb.