DÜNYA


Çində yeni sürət qatarı istismara buraxılıb

Bakı, 10 iyul, AZƏRTAC 

Çində uzaq məsafələrə qət edən sürət qatarı istismara buraxılıb.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, Pekin–Şanxay marşrutu ilə hərəkət edən qatar iki meqapolis arasındakı məsafəni (1318 kilometr) 12 saata gedir. Onun qabarit ölçüləri adi sərnişin qatarları ilə müqayisədə bəzi dəyişikliklərə məruz qalıb.

Belə ki, vaqonların hündürlüyü bir qədər qaldırılıb və sərnişinlər üçün daha komfortlu şərait yaradılıb. Bundan başqa, 880 yerlik qatarın həcmi də 37 faiz artırılıb. Onun səs-küyü isə trasda hərəkət edən avtomobilin səsindən heç də çox deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.