DÜNYA
Çində zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb
Pekin, 27 aprel, AZƏRTAC
Nepal ərazisində baş vermiş zəlzələnin təkanları qonşu Çin ərazisində də dağıntı və insan tələfatına səbəb olub. Aprelin 27-nə olan məlumata görə, Çinin Tibet Muxtar Rayonu ərazisində dağıntılar nəticəsində ölənlərin sayı 20-yə çatıb, 4 nəfər itkin düşüb, 58 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Tibet Muxtar Rayonunda 24 min nəfərdən çox sakin evakuasiya edilib.
Çin Zəlzələ Şəbəkəsi Mərkəzinin məlumatına görə, aprelin 25-də Nepalda baş vermiş zəlzələ Çinin Tibet Muxtar Rayonu ərazisində 5,9 bal gücündə qeydə alınıb. Bölgədə infrastruktura ciddi ziyan dəyib, minlərlə ev dağılıb, bəzi ərazilərdə kommunikasiya sistemi sıradan çıxıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]