DÜNYA


Çində zəncirvarı qəzada 37 avtomobil toqquşub

A+ A

Pekin, 21 noyabr, AZƏRTAC

Çində zəncirvarı avtomobil qəzasında 4 nəfər ölüb, 40 nəfər yaralanıb.

Yerli mətbuatın məlumatına görə, hadisə Pekin-Kunmin avtomagistralının Pinyan şəhərindən keçən hissəsində baş verib. Qəza nəticəsində 37 avtomobil, o cümlədən yük və minik avtomobili, avtobus bir-biri ilə toqquşub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.