İDMAN


Çingiz Hüseynzadə: Azərbaycan nümayəndə heyəti “Rio-2016”da geniş tərkibli komandalardan biridir VİDEO

A+ A

Bakı, 29 iyul, Elşad Qəzvini, AZƏRTAC

İyulun 29-da Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunları ilə bağlı mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın Olimpiya yığma komandasının əsas heyətinin avqustun 1-də Braziliyaya yola düşəcəyini deyib. Azərbaycanlı idmansevərlərin qarşılaşmaları İctimai Televiziya vasitəsilə izləyə biləcəklərini diqqətə çatdıran Ç.Hüseynzadə idmançılarımızın nəticələri barədə xəbərlərin operativ qaydada MOK-un internet resurslarında yerləşdiriləcəyini söyləyib.

Rio Olimpiadasında yığma komandamızın geniş tərkibli komandalardan olduğunu deyən vitse-prezident idmançılarımızın medalların sayı və keyfiyyəti baxımından London Olimpiadasına nisbətən daha üstün nəticə ilə qayıdacaqlarına vurğulayıb.

Olimpiadada velosipedçilərimizdən də uğurlu nəticə gözlədiyini qeyd edən Ç.Hüseynzadə təhlükəsizlik məsələləri ilə bağlı deyib: “Olimpiadada güclü velosipedçilərdən ibarət komandamız da iştirak edəcək. İdmanın bu növü üzrə dörd lisenziya üzrə üç atlet yarışacaq. Velosipedçilərimizdən də yaxşı nəticə gözləyirik. “Zika” virusu ilə bağlı Atletlər Kəndində heç bir problem olmayacaq. Nazirliyin İdman Tibb Diaqnostika və Reabilitasiya İnstitutu tərəfindən xüsusi çantalar hazırlanıb ki, orada ağcaqanaddan qorunmaq üçün müəyyən tibbi ləvazimatlar var”.

MOK-un marketinq departamentinin rəhbəri Mehman Kərimov bildirib ki, Olimpiya Oyunları zamanı ənənəvi olaraq, “Zəfər günləri” təşkil ediləcək. Uğur qazanan idmançılar, onların ailə üzvləri və yaxınları xüsusi internet resursları və televiziya vasitəsilə efirə çıxacaqlar.

Komitənin informasiya və nəşriyyat şöbəsinin müdiri Cəmaləddin Rəhmanov Rio Olimpiadasına Azərbaycandan 10 media nümayəndəsinin yollanacağını bildirib. Bütün internet resurslarımız var gücü ilə çalışacaq. Biz təbliğat və təşviqat prosesini “Rio-2016 - birlikdə güclüyük” devizi altında həyata keçiririk. Olimpiada tarixində ilk dəfə “Olimpiya kanalı” istifadəyə verilib. Kanala ancaq Milli Olimpiya komitələrinin çıxışı var. Onun vasitəsilə biz də internetlə canlı yayım həyata keçirəcəyik”.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.