İDMAN


Çingiz Hüseynzadə: “Biz hər Olimpiadada nəticəni yaxşılaşdırırıq”

A+ A

Bakı, 1 iyul, Samirə Allahverdiyeva, AZƏRTAC

“Rio-2016” Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasından uğurlar gözləyirik. Ölkəmizdə belə bir ənənə var ki, biz hər Olimpiadada nəticəni yaxşılaşdırırıq. İştirak etdiyimiz ilk Olimpiadada bir medal qazanmışdıqsa, Londonda medalların sayı 10 oldu. Ümid edirəm ki, idmançılarımız Rio-de-Janeyroda uğurla çıxış edib ən azı Londonda qazanılan uğuru təkrarlayacaqlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

İdmançılarımızın “Rio-2016”da 12 medal qazanacağına ümid etdiyini deyən vitse-prezident bildirib: “Bu Olimpiada bir az çətin olacaq. Çünki idmançılarımız yay fəslindən gedib qışa düşəcəklər. Braziliya ilə Azərbaycan arasında böyük saat fərqi var. Rio-de-Janeyroda istər kriminal, istərsə də tibbi baxımdan müəyyən çətinliklər mövcuddur. Ancaq bütün bunlara baxmayaraq, ümid edirəm ki, bu Olimpiada bizim üçün ən uğurlusu olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.