DÜNYA


Çinin 30 minə yaxın şirkət və müəssisəsi “WannaCry” virusundan zərər çəkib

Bakı, 15 may, AZƏRTAC

Çinin təxminən 30 min kompaniya və müəssisəsi bütün dünyaya yayılmaqda davam edən “WannaCry” haker virusundan zərər çəkib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, virus Çinin materik hissəsində yüz minlərlə kompüteri sıradan çıxarıb. Bu barədə məlumatı internet üçün təhlükəsizlik vasitələri üzrə ixtisaslaşan “Qihoo 360” IT kompaniyası yayıb.

Kompaniyanın məlumatına əsasən, virus 4300-dən çox müəssisənin serverinə zərər vurub. Həmçinin hökumət təşkilatlarının, ticarət mərkəzlərinin, xəstəxanaların, nəqliyyat xidmətlərinin şəbəkələri kiberhücumlara məruz qalıb. Əsasən də Çinin Milli Neft-Qaz Korporasiyasına (CNPC) daha ciddi zərər çəkib. Korporasiyaya məxsus bir çox yanacaqdoldurma stansiyaları mayın 12-si axşam saatlarından kredit kartlarını və elektron ödəmə vasitələrini qəbul edə bilməyib.

Xatırladaq ki, mayın 12-dən başlayaraq bütün dünyada minlərlə kompüter “WannaCry” virusunun hücumuna məruz qalıb. Hakerlər əməliyyat sisteminə girişi təmin etmək üçün pul tələb edirlər. Europolun məlumatına görə, dünyanın 150 ölkəsində azı 200 min fiziki və hüquqi şəxs hakerlərin qurbanına çevrilib. Ən çox hücum faktı Rusiyada qeydə alınıb. Burada iri şirkət və federal idarələrin, o cümlədən “Sberbank”, “Meqafon” mobil operatoru, DİN və FHN-in kompüterləri hakerlərin hədəfinə tuş gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.