DÜNYA


Çinin “Dalian Vanda” qrupu Hollivudun məşhur kinostudiyasını almaq istəyir

A+ A

Bakı, 16 iyul, AQZƏRTAC

Çinin ən varlı adamı olan Van Tzyanlinin rəhbəri olduğu “Dalian Vanda” qrupu Hollivudun ən yaşlı kinostudiyası olan Paramount Picturesin 49 faizin alışı üzrə danışıqlarda iştirak edir.

AZƏRTAC www.thewallstreetjournal.com saytına istinadla xəbər verir ki, sövdələşmə baş tutarsa, kinostudiyanın dəyəri 8-10 milyard dollara kimi artacaq. Verilən məlumata görə, çinli iş adamı “Qodzilla” və “Varkraft” kimi kinoların çəkildiyi Legendary Entertainment kinostudiyasının da sahibidir.

Qeyd edək ki, Hollivudun 6 studiyası arasında reytinqə görə 5-ci olan Paramount Pictures son ildə gəlirin azalması və əməliyyat xərclərinin artması səbəbindən riskli investisiya sahəsi sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.