SİYASƏT


Çinin SİNXUA agentliyi Prezident İlham Əliyevin nitqindəki fikirlərə geniş yer ayırıb

Bakı, 27 may, AZƏRTAC

Çinin SİNXUA agentliyi 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən rəsmi qəbulla bağlı AZƏRTAC-ın informasiyasını yayıb.

SİNXUA Prezident İlham Əliyevin rəsmi qəbulda söylədiyi nitqdən fikirlərə geniş yer ayırıb.

Dövlətimizin başçısının “Azərbaycan heç bir ölkənin işinə heç vaxt qarışmayıb və heç vaxt qoymayıb və qoymayacaq ki, kimsə gəlib bizim işimizə qarışsın, bizə dərs desin və bizə yuxarıdan aşağı baxsın” fikri xüsusilə qeyd edilib.

Azərbaycan Prezidentinin bu yaxınlarda Səudiyyə Ərəbistanında Ərəb-İslam-Amerika Zirvə görüşündə iştirak etdiyini xatırladan agentlik dövlətimizin başçısının sammitlə bağlı fikirlərini də oxucuların diqqətinə çatdırıb: “Azərbaycan bu Zirvədə yüksək səviyyədə iştirak etmişdir. Hesab edirəm ki, bu Zirvənin çox böyük mənası var. İlk növbədə, müsəlman aləmi həmrəylik nümayiş etdirmişdir və təqdirəlayiq haldır ki, Amerika Prezidenti cənab Tramp öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə edibdir. Biz bunu Azərbaycanda yüksək qiymətləndiririk”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.