DÜNYA
Çinin Sədri Si Cinpin: BMT qlobal idarəetmədə əsas rol oynamalıdır
Pekin, 19 yanvar, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı (BMT) universal, nüfuzlu təşkilat kimi dünyada qlobal idarəetmədə əsas rol oynamalıdır. Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin BMT-nin Cenevrədəki ofisində təşkilatın baş katibi Antonio Quterreş və 71-ci Baş Məclisin sədri Peter Tomson ilə görüşdə deyib.
Çinin dövlət başçısı ölkəsinin çoxtərəflilik prinsipinin, habelə BMT Nizamnaməsinin prinsiplərinin qorunmasına sadiq olduğunu, təşkilatın dünyada sülhün və birgə inkişafın təminatındakı davamlı rolunu dəstəkləməyə davam edəcəyini deyib.
Dövlətlərin bərabərhüquqlu olduğunu vurğulayan Si Cinpin əlavə edib ki, hegemonluğa və mənfəətə əsaslanan yoldan imtina edib münasibətləri və maraqları daha yaxşı koordinasiya edən yeni modelə keçmək lazımdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]