CƏMİYYƏT


Çinin Sintszyan Pedaqoji Universitetinin alimi Azərbaycan Dillər Universitetində olub

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də Azərbaycan Dillər Universitetində (ADU) Çinin Sintszyan Pedaqoji Universitetinin Biznes İnstitutunun nümayəndəsi, görkəmli iqtisadçı alim Həbibulla İmamhacı ilə görüş keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil ocağının nəzdindəki Konfutsi İnstitutunun əməkdaşları ilə keçirilən görüşdə alim təmsil etdiyi universitetin təhsil və mədəni mübadilə sahəsində xarici ölkələrin qabaqcıl təhsil müəssisələri ilə əlaqələri, beynəlxalq iqtisadi münasibətlərə dair aparılan tədqiqatlar və s. barədə danışıb.

Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov rəhbərlik etdiyi qurumun fəaliyyətindən söhbət açıb, İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib. O, çinli mütəxəssislərin iştirakı ilə Çinin “Bir kəmər və bir yol” konsepsiyasının reallaşdırılması mövzusunda birgə elmi araşdırmaların həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.